Dərc edilib: 15-10-2021

https://www.nuh.az/30214-.html

Bakıda özünü binadan atan 14 yaşlı qız öldü - Yenilənib

15.10.2021 10:49:06

LIVE

Bakıda yeniyetmə qız intihara cəhd edib. 


 

“Report”   xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Müşfiqabad qəsəbəsində 14 yaşlı A.E. özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. A.E.-yə bədənin çoxsaylı sınıqları, müştərək travması, açıq-kəllə beyin travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Onda komatik vəziyyət müşahidə olunur.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

***

Özünü Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atan 14 yaşlı A.Eyvazova vəfat edib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib