Azadlıq Partiyası VİP sədri Əli Əlyevin dərhal azad olunmasını tələb edir
Azadlıq Partiyası Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyevin və "Bumeranq" TV-nin baş redaktoru Elçin Rəhimzadənin saxlanılması ilə bağlı bəyanat qəbul edib.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib ki, hakimiyyətlə müxalifət arasında dialoqun getdiyi bir zamanda "qara maskalılar"ın siyasi mövqeyinə görə VİP sədri Əli Əliyevi və baş redaktor Elçin Rəhimzadəni aparmasını qətiyyətlə pisləyir, onların dərhal azad olunmasını və hakimiyyətin məsələyə aydınlıq gətirməsini tələb edirik.