Bakıda Zəfər yürüşü başladı - Fotolar
Bakıda 8 Noyabr- Zəfər Günü münasibətilə təşkil edilən yürüşə start verilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirin Hərbi Qənimətlər Parkında yekunlaşacağı gözlənilir.
***
Azneft meydanından başlanan yürüşdə hərbi orkestrin müşayiəti ilə irəliləyən hərbçilərlə yanaşı, əllərində Türkiyə və Azərbaycan bayraqları olan vətəndaşlar da iştirak edir.
***
Yürüş zamanı hərbçilərimizin qürurla daşıdığı Azərbaycan bayrağının uzunluğu 470 metrdir.
Gülnar Əliyeva
Fotolar: Müzəffər İsmayılov





