Dərc edilib: 18-11-2021

https://www.nuh.az/30567-.html

Araik Xankəndində 17 mərtəbəli bina tikdirir…-FOTOLAR

18.11.2021 21:40:34

İdman

 

Xankəndinin V.Mamikonyan küçəsində çoxmərtəbəli yaşayış binasının tikintisi davam edir.  

Moderator.az xəbər verir ki,  bu barədə erməni mediasına Rusiya hərbi kontingentinin himayəsi altında bəslənən separatçı-terrorçu rejimin qanunsuz “şəhərsalma nazirliyi”nin mətbuat katibi Marta Danielyan danışıb.
 
Onun sözlərinə görə, “yaşayış binası 2  korpusdan ibarət olacaq: birincisi 17, ikincisi isə 16 mərtəbəli. 30 yeraltı və 20 yerüstü olmaqla 50 maşınlıq dayanacaq da nəzərdə tutulub. Binada 171 mənzil olacaq ki, onlardan bir otaqlı - 12, iki otaqlı - 93, üç otaqlı - 40 və dörd otaqlı - 26 mənzildir. Tikinti işlərini “Kapavor” MMC aparır” - deyən M.Danielyan qeyd edib ki, yaşayış binasının tikintisinin 2024-cü ilin aprel ayına kimi başa çatdırılması nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan dövlətininn bir ildən çoxdur İnterpolla axtarışa verdiyi Araik Arutyunyanın başçılıq etdiyi erməni xuntası Xankəndinin digər küçələrində, eləcə də artıq şəhərin bir məhəlləsinə çevrilmiş Şuşa rayonunun Malıbəyli kəndi ərazisində də çoxmərtəbəli binalar tikdirir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib