Dərc edilib: 19-11-2021

https://www.nuh.az/30581-.html

Saakaşvili ABŞ-dan kömək istədi

19.11.2021 16:23:13

LIVE

Hazırda həbsxanada saxlanılan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili kömək üçün ABŞ rəhbərliyinə müraciət edib.


“Qafqazinfo” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, gürcü siyasətçi xahişini öz vəkilləri vasitəsilə edib.

“Əgər ABŞ məni müdafiə etməyə gəlməsə, bu, bütün qərbyönlü liderlər və xalqlar üçün dəhşətli siqnal olacaq”, - deyə Saakaşvili yazıb.

Bildirilir ki, Saakaşvili öz əli ilə yazdığı qeyddə həbsxanada üzləşdiyi zorakılıqdan bəhs edib. Bildirib ki, onu həbsxanada döyüblər və alçaltmaq məqsədilə asfalt üzərində sürüyüblər. Bundan əlavə, keçmiş Prezident mülki xəstəxanaya köçürülmədiyindən, ona telefon verilməməsindən və məhkəmə zalında iştirak etməsinə icazə verilmədiyindən şikayət edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib