Dərc edilib: 19-11-2021

https://www.nuh.az/30584-.html

Azərbaycan SSRİ-nin borclarının ödənilməsindən İMTİNA etdi ŞOK

19.11.2021 18:38:19

LIVE

Keçmiş SSRİ-yə daxil olan 3 ölkə - Azərbaycan, Özbəkistan və Ukrayna ittifaqın xarici borcunun birgə ödənilməsinə dair Anlaşma Memorandumunu imzalamaqdan imtina edib.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu noyabrın 16-da, Rusiyanın paytaxtı Moskvada keçirilmiş MDB hökumət başçılarının Böyük 7-lik ölkələrinin (G7) nümayəndələri ilə görüşü çərçivəsində Belarusun baş naziri Vyaçeslav Kebiç bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ukrayna sözügedən sənədə SSRİ-nin aktivlərində və borcunda hər bir ölkənin payı müəyyən edildikdən sonra qoşulacaqlarını bildirib, Özbəkistan isə borcunu ayrıca ödəyəcəyini bəyan edib. Bundan sonra G7 nümayəndələri Özbəkistanın şərtlərini qəbul etməyəcəklərini deyib və 3 ölkənin nümayəndələri iclas zalını tərk ediblər.
Bu arada adını açıqlamayan yüksək səviyyəli Qərb nümayəndəsi bildirib ki, memorandumu imzalamayan ölkələr G7 ölkələrindən "bir sent də kredit ala bilməyəcək", digər ölkələrin isə böyük məbləğdə kreditinə ümid bağlamasın.

NUH informasiya agentliyi səhifəsindən çap edilib