Dərc edilib: 23-11-2021

https://www.nuh.az/30629-.html

Meksikada XORUZ döyüşü izləyənlərə atəş açıldı - Ölənlər var

23.11.2021 09:18:39

LIVE

Meksikanın Miçoakan ştatının Sitakuaro rayonunda xoruz döyüşü zamanı kütləyə naməlum şəxslər tərəfindən atəş açılıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə “Televisa” kanalı məlumat yayıb. Bildirilir ki, silahlı şəxslər atəş açdıqdan sonra naməlum istiqamətə qaçıblar.

Hadisə nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin vəziyyəti ağırdır. Hadisənin motivləri açıqlanmayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib