Dərc edilib: 30-11-2021

https://www.nuh.az/30666-.html

Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya düşdü: ölənlər var

30.11.2021 12:24:53

Günün sitatı

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

Qaynarinfo xəbər verir ki, məlumatda deyilir:
"Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir".

NUH informasiya agentliyi səhifəsindən çap edilib