Dərc edilib: 30-11-2021

https://www.nuh.az/30668-.html

Prezidentin MİDA layihəsinə “NİDA” qoyan cinayətkar kvartet” – Sadıq Sadıqov, Fərhad Təhməzov, Xəyyam Abdinov və Elçin Ələkbərov

30.11.2021 14:57:05

Hadisə

Prezidentin nəcib MİDA layihəsinə “NİDA” qoyan cinayətkar “kvartet” – Sadıq Sadıqov, Fərhad Təhməzov, Xəyyam Abdinov və Elçin Ələkbərov

 

 Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, sosial müdafiəsini gücləndimək, mənzil-məişət şəraitini yaxşılaşdırmaq, onların GÜZƏŞTLİ şərtlərlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi ( MİDA ) yaradıldı.

Prezidentin bu layihəsi sözün həqiqi mənasında böyük miqyaslı, dövlət əhəmiyyətli və millətin gələcəyinə hesablanmış layihə idi. Ölkə başçısının bu xoş məramlı, nəcib və eyni zamanda bu MİQYASDA təşəbbüsünü MİDA rəhbərliyi necə yarıtmaz həyata keçirib ?

Əslində Prezidentin bu nəcib təşəbbüsü bir dəstə cinayətkarın əlində qazanc mənbəyinə, milyonların mənimsənilməsinə, vətəndaşlara GÜZƏŞT, RAHATLIQ deyil,  CƏHƏNNƏM ƏZABI yaşatmaqla nəticələnib. Hər şey NƏTİCƏ ilə ölçülür..

Ölkə başçısının tapşırığına əsasən, 2016-cı ildə Bakı şəhərinin Yasamal rayonunda güzəştli mənzillərin tikintisinə torpaq sahəsi ayrılıb.   

2018-ci ilin dekabrın 26-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva agentliyin ilk layihəsi -Yasamal Yaşayış Kompleksinin açılışında iştirak edərək, həmçinin 15,4 hektar torpaq sahəsində reallaşdırılacaq YENİ yaşayış kompleksinin təməlini qoyublar.

Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər TAM TƏMİRLİ olur, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilməli idi. Mənzillər illik 4 %-i, minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10 faizi və müddəti 30 ilədək olan güzəştli ipoteka krediti ilə təklif edilir.

Amma Yasamal Yaşayış kompleksində yerləşən 28 və 29 saylı binalardan mənzil alan sakinlər HƏLƏ DƏ EVLƏRİNƏ KÖÇƏ  BİLMƏYİBLƏR,  2018-Cİ İLDƏN BƏRİ ÖLKƏ RƏHBƏRLİYİNDƏN   KÖMƏK İSTƏYİRLƏR. 

Sözügedən binalardan müxtəlif vaxtlarda ev alan sakinlər yazır: “Bizimlə bu ərazidə inşaat işi aparan “KAT Holdinq” MMC şirkəti arasında bağlanmış müqaviləyə əsasən, biz  2018-Cİ İLİN SONUNDA  artıq mənzillərimizdə yaşamalı idik.Təsəvvür edin HƏTTA BİZƏ  yaşamadığımız, HAZİR OLMAYAN mənzilləri MƏCBURİ  sığorta da                                

etdiriblər. Hazırda “KAT Holdinq”in işinə  Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində baxılmaqdadır. Lakin 15 aydır ki, bizə heç bir köməklik edilmir”.

Tikintilərə investisiya qoyuluşunun ümumi həcmi 10 milyon manat nəzərdə tutulmuşdu.

Sual olunur, bu pul kimdə var idi ki ?  BƏLKƏ ”KAT”Holding MMC-NİN BANK HESABİNDA? VƏ YA “KAT Holdinq”in təsisiçisi ELÇİN ƏLƏKBƏROVUN ÖZ ŞƏXSİ HESABINDA?

Bu məsələyə birazdan toxunacağıq.

Bağlanmış müqavilələrdə sözügedən 3 binanın tikintisinin 2018-ci ilin  dekabrında başa çatdırılması planlaşdırılmışdı.

Şirkətin direktoru Mail İbadov mənzillərin tam təmirli, yaşayışa yararlı halda 2019-cu ilin  mart ayında  veriləcəyini bildirib və  bu vədləri də yalan çıxıb.

Sakinlər yazırlar ki, həmin tarixdə müraciət etdikdə, əvvəlcə tikintinin İYUN ayında, daha sonra SENTYABRDA bitəcəyi barədə 3-CÜ DƏFƏ TƏKRAR yalan vədlər verilib. Sentyabr ayında hələ də tikintinin aparılmadığını görən, ev sahibləri “KAT Holdinq”-ə gedərək onun sahibi Elçin Ələkbərov və şirkətin işçiləri ilə görüşüblər. Görüşdə verilən vədlər yenə də YERİNƏ YETİRİLMƏYİB.

Şikayətçilər  2020-ci il YANVAR  ayında MİDA-ya üz tutublar. Agentliyin direktoru Fərhad Təhməzov və şirkətin təsisçisi Elçin Ələkbərovun iştirakı ilə baş tutan görüşdə mənzillərdə təmir işlərinin 2020-ci ilin NOVRUZ bayramınadək təhvil veriləcəyi vəd olunub. Hətta işin MİDA-nin CİDDİ  NƏZARƏTİ  altında bitiriləcəyini bildirilsə də, işlər  başlanılmayıb.

“Ötən ilin MART  ayının 18-i yenidən MİDA-da görüşə toplaşdıq. Bu dəfə görüşdə “KAT Holdinq”-ə ZAMİN  DURAN  şəxs kimi Müasir İncəsənət Müzeyinin rəhbəri XƏYYAM ABDİNOV da  iştirak edirdi.

Xəyyam Abdinov MART  ayının 29-dan maliyyənin ayrılacağını və MAYIN  sonlarında binanın təhvil veriləcəyini əminliklə bizə vəd etdi. Amma təəssüf ki, bu da yalan vədlərdən biri oldu. Binalarda təmir-tikinti işləri tam olaraq dayanıb.

Ötən ilin İYUN ayının 9-u yenidən bir qrup şikayətçi  ev sahibləri ilə MİDA-ya toplaşdıq.

Orada bizi MİDA MMC-nin direktoru Fərhad Təhməzov və Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə heyətinin sədri Sadiq Sadıqov qəbul edərək, TİKİNTİYƏ HEÇ BİR MƏSULİYYƏT DAŞIMADIQLARINI bildirdilər,” – deyə sakinlərin müraciətində qeyd olunur.

SUAL OLUNUR, Əgər məsuliyyət daşımırdınızsa, niyə bunu əvvəl demirdiniz, cənab Sadıqov, cənab Təhməzov ?

 

SUAL OLUNUR, NİYƏ, nə MƏQSƏDLƏ  bu prosesi 2 il uzadırdınız ?

 

SUAL OLUNUR, Niyə  siz  cənab Sadıqov, cənab Təhməzov biz şikayətçiləri   kabinetinizə dəvət EDİRDİNİZ,  qarşımızda ÇIXIŞLAR EDİRDİNİZ, bizi toplayıb VƏDLƏR   verirdiniz, niyə bizə 2 il yalanlar danışırdınız ?

 

Bəs indi necə oldu ki, MƏSULİYYƏT  DAŞIMIRSINIZ ?

Cinayətdən yayınmaq üçün YAXANIZI QIRAĞA ÇƏKİRSİNİZ ?

Evlərin dəyərini ödəyən yüzlərlə sakinlər 3 İLƏ YAXINDIR Kİ, MƏNZİLLƏRİNƏ KÖÇƏ BİLMİRLƏR.

Buna  səbəb isə yuxarıda  qeyd  olunan səlahiyyətli şəxslərin cinayət əməlləridir. Əksəriyyətimiz hal-hazırda kirayədə qalırıq”.

Sakinlər cənab Prezident İlham Əliyevdən  “KAT Holdinq” MMC-nin cinayyət əməllərinə son qoyulmasını, MİDA rəhbərliyinin yaxasını qırağa çəkməsinin, məsuliyyəti boynundan atmasının qarışısının alınmasını, sahib olduqları mənzillərin müqavilədə göstərildiyi kimi onlara verilməsi barədə göstəriş verilməsini xahiş edirlər.

ƏCƏBA, görək, PƏRDƏARXASINDA hansı cinayətlər baş verib ki, Prezidentin nəcib təşəbbüsü belə nəticələnib?

 

ƏCƏBA, həbsi  DTX  tərəfindən aparılmış Xəyyam Abdinov ( muzey müdiri ) nə üçün bu məsələyə burnunu soxmuşdu ?

 

ƏCƏBA, MİDA rəhbərliyi  hansı məntiqlə, heç bir araşdırma aparmadan, borc içində boğulan, “KAT Holdinq” MMC-nin təsisçisi Elçin Ələkbərova  dövlət səviyyəli bir tikintini “hədiyyə” edib ?

 

Bu və digər daha vacib suallara  növbəti yazıda  aydınlıq gətirəcəyik.

NUH informasiya agentliyi səhifəsindən çap edilib