Dərc edilib: 07-12-2021

https://www.nuh.az/30727-.html

Tısbağa ətindən 7 nəfər öldü - Prezident məsələyə qarışdı...

07.12.2021 10:55:04

İdman

Tanzaniyanın Zanzibar arxipelaqının Pemba adasında zəhərli tısbağa əti yeyən 7 nəfər ölüb. 


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ümumilikdə 38 nəfər tısbağa ətindən zəhərlənib, onlardan 3-nün vəziyyəti ağırdır.

Zanzibar prezidenti Hüseyn Əli Mvinyi həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, tısbağa ətinin adətən zəhərli olmamasına baxmayaraq, vaxtaşırı ağır formada belə halları qeydə alınır. Bunu adətən tısbağaların yediyi yosunlarla əlaqələndirirlər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib