Dərc edilib: 21-12-2021

https://www.nuh.az/30818-.html

Depardye gənc aktrisanı zorlamaqda ittiham olunur

21.12.2021 10:53:33

LIVE

Fransız aktyor Jerar Depardye gənc aktrisa Şarlotta Arnonu zorlamaqda ittiham olunur. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisanın özü tviterdə yazıb.

“Mən Depardyenin qurbanıyam. Ona bir neçə il əvvəl məhkəmədə ittiham irəli sürülüb. Mən daha susa bilmirəm”, - deyə Arno yazıb.

Məlumata görə, insident 2018-ci ilin avqustunda baş verib.

“Brytfmonline”nın yazdığına görə, Arno aktyorun keçmiş dostunun qızıdır. Depardye ittihamı rədd edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib