Rəsulzadənin nəvəsi: "Demişdilər başqa şeylər də olacaq, amma olmadı"
"Azərbaycan Dövlət Pedoqoji Universitetinin 100 illiyi münasibətilə prezidentin fərmanıyla fəxri fərmanla təltif olundum. Amma demişdilər başqa şeylər də olacaq"
Bunu Moderator.az-a açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, rəssam Rais Rəsulzadə deyib. O, ömrünün əlli ilini bu universitetdə işlədiyini bildirib:
"Bu fakültə bədii qiraət fakültəsi idi. Ömrümün əlli ilini bu universitetdə işləmişəm. İndi fakültənin adını dəyişib bədən tərbiyəsi və təsviri incəsənət fakültəsi etdilər. Bu fakültənin də əlli illik yubileyi idi. 1971-ci ildə fakültəni yaratdıq. 1978-ci ildən isə burda işləyirəm. İndi məzunlarımın çoxu təkcə Azərbaycanda yox, bir çox xarici ölkələrdə yaşayırlar".