Dərc edilib: 07-01-2022

https://www.nuh.az/30936-.html

General Qubada otel tikdirir - İcazəni icra başçısı verib VİDEO

07.01.2022 16:05:11

Region

Penitensiar Xidmətin sabiq müavini, ədliyyə general-mayoru Hüseynağa Əlixanov Qubada qardaşı ilə bərabər otel tikdirir.  

Qaynarinfo-nun məlumatına görə, tikinti obyektinin sifarişçisi generalın qardaşı Nazim Ənvər oğlu Əlixanovdur. Quba rayonu, Timiryazev kəndində tikiləcək 3 mərtəbəli otelin və ticarət mərkəzinin ümumi sahəsi 1989.1 m2-dir.
Ən maraqlısı isə Qubada tikiləcək obyektin tikintisinə icazə verən orqan Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının memarlıq tikinti şöbəsidir.  Obyektin tikintisinə icazə 2014-ci ildə alınsa da Tikinti obyektinə verilmiş kod 11.10.2021-ci ilə təsadüf edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib