Dərc edilib: 19-01-2022

https://www.nuh.az/31026-.html

Ramiz Mehdiyevin maaşı artırıldı - 3084 manat

19.01.2022 14:09:01

Hadisə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, AMEA-nın prezidentinin vəzifə maaşı 3084 manata çatdırılıb. 

Qeyd edək ki, bundan əvvəl AMEA prezidentinin vəzifə maaşı 2570 manat təşkil edirdi.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib