Dərc edilib: 22-01-2022

https://www.nuh.az/31044-.html

“Türkiyə Ermənistana böyük qardaş olmalıdır”

22.01.2022 10:30:06

LIVE

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində atılan addımlar Türkiyədəki erməniləri də sevindirib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə ermənilərinin Patriarxı, arxiyepiskop Sahak Maşalyanın sözlərinə görə, münasibətlərin gündən-günə yaxşılaşması İstanbul erməniləri üçün də son dərəcə vacibdir: 

“İstər sərmayə, istərsə də mədəni baxımdan dərin tarixə sahib qonşu ölkələrin münasibətlərini normallaşdıracaq bütün addımların qiymətli olduğunu qəbul etməliyik. Hər iki toplumun bir-birini tanıması, birgə işləməsi, investisiyalar qoya bilməsi və əlaqələrin gündən-günə yaxşılaşması İstanbul erməniləri üçün də son dərəcə vacibdir”.

"Karagözyan" Fondunun sədri, sahibkar Tiqran Gülmezgil isə qeyd edib ki, Türkiyə artıq bundan sonra Ermənistana hər məsələdə yardım əlini uzatmalıdır: “Türkiyə Ermənistana böyük qardaş olmalıdır”.  

“Agos” qəzetinin baş redaktoru Eduard Danzikyan Ermənistanla Türkiyə arasında birbaşa uçuşların başlamasının onda xoş təəssürat yaratdığını deyib: 

“Uçuşların başlaması məndə nikbinlik yaratdı. Sərhədlər açılmalı, diplomatik əlaqələr də yaxşılaşmalıdır. Bu ilk addım olmalıdır. Əlaqələr daha da genişlənməlidir”.

Professor İlber Ortaylı (Qalatasaray Universiteti) isə qeyd edib ki, Türkiyə Azərbaycanın həssaslığını hər zaman nəzərə aldığı üçün Ermənistandan həmişə uzaq olub:

 

"Amma indi vəziyyət dəyişib. Münasibətlərin inkişafına mane olan məsələlərdən biri - Qarabağın işğalı aradan qaldırıldı. Ermənistan həm iqtisadi, həm demoqrafik baxımdan çox çətin vəziyyətdədir. Onun yoluna davam etməsi üçün bu münasibətləri sağlam şəkildə həyata keçirməsi lazımdır. İndiki yanaşma yaxşıdır. Düşünürəm ki, daha da yaxşı olacaq”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib