Dərc edilib: 22-01-2022

https://www.nuh.az/31049-.html

DSX-nin matrosu hospitalda intihar etdi

22.01.2022 14:33:54

LIVE

Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) hospitalında intihar hadisəsi qeydə alınıb. 


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, matros Ramil Rzaquliyev özünü hospitalın damından ataraq öldürüb.

DSX-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Sahil Mühafizəsinin 2021-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün DSX-nin Hərbi Hospitalına gətirilib.

Saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib.

Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib