Dərc edilib: 27-01-2022

https://www.nuh.az/31077-.html

Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlasa....

27.01.2022 23:35:08

Hadisə

Müsavat partiyasının başqanı Arif Hacılı yazır: 
Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlasa, hətta bu müharibədə qalib gəlib Xarkovu belə işğal etsə yenə də nəticədə məğlub olacaq.

Belə "qələbə" təqribən XIX əsrin əvvəllərində Napoleonun Moskvaya qədər gəlib çıxdığı müharibənin nəticələrini xatırladacaq.
Rusiya dünyanın hərbi güc mərkəzlərindən biri statusunu itirəcək, siyasi və iqtisadi cəhətdən çökəcək, Putin rejimi devriləcək.
Məncə Rusiyanın indiki hərbi-siyasi rəhbərliyi bu həqiqətləri dərk edir və geri çəkilməyə məcbur olacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib