Dərc edilib: 01-02-2022

https://www.nuh.az/31106-.html

“Ağalı dünən və bu gün” - Video

01.02.2022 13:46:37

Reportaj

“Ağalı dünən və bu gün” adlı videoçarx hazırlanıb.  


“Qafqazinfo” xəbər verir ki, videoçarxda ötən bir il ərzində Zəngilan rayonun  Ağalı qəsəbəsində qeydə alınan dəyişikliklərin kadrları əks olunub.

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin yaradıcı qrupu 2021-ci ilin 25 yanvar tarixində qəsəbədə çəkilişlər aparıb.

1 il sonra eyni vaxtda - 2022-ci ilin 25 yanvar tarixində bir daha qəsəbədə çəkilişlər edən yaradıcı heyət tam fərqli bir vəziyyəti lentə alıb.

1 il ərzində qəsəbədə ciddi quruculuq işləri görülüb. İşğal zamanı dağıdılan və yerlə bir edilən evlərin yerində müasir yaşayış evləri və ictimai obyektlər tikilib.

Qəsəbə sakinlərinin tezliklə öz doğma yurdlarına köçə bilməsi üçün zəruri infrastruktur təmamilə yenidən qurulub və hazır vəziyyətə gətirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib