Xəbəri yayanların məqsədi Nəriman İmanovu zərbə altına qoymaqdır
Məlumdur ki, 3 gün öncə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə general-mayor, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərib.
Bu əmrdən sonra sosial şəbəkələrdə kimlərsə yalan xəbərlər yayırlar ki, Baş İdarənin rəis müavini Nəriman İmanov rəis təyin olunub.
Kimlərinsə sifarişi ilə bu xəbəri yayanların məqsədi N.İmanovu zərbə altına qoymaq və onun nüfuzuna kölgə salmaqdan başqa bir şey deyil.
Baş idarəyə rəis təyin etmək cənab nazirin müstəsna səlahiyyətində olan məsələdir.
NUH.az