Dərc edilib: 12-02-2022

https://www.nuh.az/31185-.html

Bakıda dünyanın ən hündür bayraq ZOLASI quraşdırılacaq (FOTO)

12.02.2022 20:59:47

LIVE

Türkiyənin "Çimtaş” şirkəti Bakıda dünyanın ən hündür bayraq dirəyini quraşdıracaq. 

Qaynarinfo xəbər verir ki, dirəyin hündürlüyü 191 m olacaq. Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq.
İstehsalına 2021-ci ilin sentyabrında başlanan və daxili hissələrlə təchiz edilmiş bayraq dirəyinin "Çimtaş" şirkəti tərəfindən 2022-ci ilin aprel ayında Xəzər dənizi vasitəsilə daşınması gözlənilir.
Qeyd edək ki, Azərbaycan Bayraq Meydanı 2010-cu il sentyabrın 1-də yaradılıb. O zaman bayraq dirəyinin hündürlüyü 162 m idi. Bu bayraq dirəyi 2011-ci ilin may ayına qədər dünyanın ən hündür bayraq dirəyi idi.
Daha sonra Düşənbədə 165 metrlik bayraq dirəyi tikilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib