Dərc edilib: 26-02-2022

https://www.nuh.az/31291-.html

Azərbaycan Ukraynaya humanitar yardım ayırdı - Zelenskidən təşəkkür

26.02.2022 20:19:06

LIVE

Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında paylaşım edib.


“Beynəlxalq tərəfdaşlarımızla danışıqlara davam edirəm. Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Təmin olunan humanitar yardım və dərman vasitələrini yüksək qiymətləndiririk. Dəstəyiniz üçün təşəkkür edirik”, - o bildirib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib