Dərc edilib: 11-03-2022

https://www.nuh.az/31420-.html

Ukraynada ölənlər xəndəklərdə basdırılır - Video+Fotolar-DƏHŞƏT

11.03.2022 11:19:52

Hadisə

Mariupol şəhərinin küçələrindən meri 1207 mülki vətəndaşın cəsədi yığılıb.


“Qafqazinfo” xəbər verir ki, bunu Mariupol meri Sergey Orlov BBC-yə müsahibəsində bildirib.

Orlov bildirib ki, çoxlu sayda insan dağıntılar altında qaldığı üçün ölənlərin dəqiq sayını müəyyən etmək mümkün deyil.

Orlov həmçinin bildirib ki, ölənlərin çoxunun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Mariupolda dünyasını dəyişənlərin kütləvi şəkildə xəndəklərdə basdırıldığını əks etdirən görüntülər yayılıb. Bildirilir ki, davam edən atışma səbəbindən doğmaları onları qəbiristanlıqda dəfn edə bilməyib. 

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib