Dərc edilib: 13-03-2022

https://www.nuh.az/31436-.html

Putinin 700 milyon dollarlıq superyaxtası ələ keçirildi?-ABŞ kəşfiyyatı

13.03.2022 13:06:24

Reportaj
ABŞ rəsmiləri İtaliyada saxlanılmış  700 milyon dollarlıq "Şeherazada" superyaxtasının sahibliyini yoxlayır və onun Rusiya prezidenti Vladimir Putinlə əlaqəsi ola biləcəyinə əmindir.
 
Moderator.az xəbər verir ki, bu barədə “The New York Times” özəl mənbələrinə istinadla məlumat yayıb.
 
Yaxta hazırda İtaliyanın dənizkənarı qəsəbəsindəki limandadır.
 
Qəzet yazır ki, “ABŞ kəşfiyyat orqanları “Şeherazada” superyaxtasının mülkiyyətinə dair qəti nəticəyə gəlməyib. Lakin ABŞ rəsmiləri onun Putinlə əlaqəsinin ilk əlamətlərini tapdıqlarını bildiriblər”.
 
ABŞ rəsmilərinin məlumatı qəzetin çərşənbə axşamı İtaliya rəsmilərinin 459 fut uzunluğundakı gəminin sahibliyini yoxladığını yazmasından sonra gəlib.
 
Qəzet onu da yazıb ki, keçmiş ekipaj üzvü bunun Putin üçün nəzərdə tutulduğunu deyib.
 
Eyni zamanda, nəşrin mənbələri yaxtanın Putinlə əlaqəli olduğunu göstərən hansı məlumatın olduğunu açıqlamayıb.
 
ABŞ rəsmiləri deyirlər ki, Putin sərvətinin cüzi bir hissəsini öz adına saxlayır, əvəzində o, rus oliqarxlarına məxsus olan evlərdən və qayıqlardan istifadə edir.
 
Bununla belə, ola bilsin ki, müxtəlif saxta şirkətləri vasitəsilə Putin "Şehrezada"yə birbaşa nəzarət edə bilir..
 
Qəzet Amerika rəsmilərinə istinadla yazır ki, yaxta 2020 və 2021-ci ilin yayında Soçi yaxınlığında iki dəfə üzüb. Nəşr koronavirus pandemiyası zamanı Putinin Soçidə çox vaxt keçirdiyini xatırladır.
 

Xəbərdə  o da  deyilir ki,  ABŞ Maliyyə Nazirliyinin Kəşfiyyat və Təhlil Departamenti, həm də Hərbi Dəniz Qüvvələrinin Hərbi Dəniz Kəşfiyyatı Departamenti rus oliqarxlarına bağlı superyaxtaların mülkiyyətini araşdırır.  Hərbi Dəniz Qüvvələrinin və Maliyyə Nazirliyiniin sözçüləri şərh verməkdən imtina ediblər.

Ədliyyə Nazirliyi sanksiyalara məruz qalan rusiyalı oliqarxların aktivlərinin axtarışı üçün xüsusi qrup yaradıb.

Cümə günü jurnalistlərə danışan Ədliyyə departamentinin sözçüsü deyib ki, işçi qrupu Rusiya məmurlarına və ya oliqarxlara öz aktivlərini gizlətməkdə kömək edən şəxsləri də araşdıracaq. Bu şəxslər sanksiyaları pozmaqda və ya beynəlxalq çirkli pulların yuyulmasında ittiham oluna bilər.

Nəşr əlavə edir ki, Ticarət Nazirliyinin qaydalarında bu yaxınlarda dərc edilmiş dəyişikliklərə əsasən, əgər təyyarə və ya yaxtanın 25 faizindən çoxu ABŞ istehsalı olan hissələrdən hazırlanıbsa,  onlar Rusiyaya gedə bilməzlər.

Əgər belə bir yaxta başqa ölkənin ərazisində yerləşirsə, Rusiya Federasiyasına getmək üçün ona lisenziya lazımdır.

Hazırda "Şeherezada" Toskanadakı Marina-di-Karrara limanında təmir olunur.

"Şeherazada"nın kapitanı Qay Bennett-Pirs bu həftənin əvvəlində Putinin super yaxtaya sahib olmadığını və Rusiya prezidentinin ona ayaq basmadığını söyləyib. "NYT" əlavə edir. O, yaxtanın sahibinin adını çəkməkdən imtina edib.

Bennett-Pirs cümə günü zənglərə və mətn mesajlarına cavab verməyib.

"Keçən həftə İtaliya səlahiyyətliləri gəminin mülkiyyəti haqqında daha çox öyrənmək üçün "Seherazada" gəmisinə minib sertifikat sənədlərini yoxlayıblar. Bu həftənin əvvəlində kapitan Bennett-Pirs İtaliya polisinə yaxtanın sahibini aşkar edən sənədləri təqdim edəcəyini söyləyib.

İtaliya rəsmiləri superyaxtanı diqqətlə öyrəndiklərini bildiriblər. Bir neçə həftəyə qədər davam edə biləcək bir prosesdə İtaliyanın maliyyə polisi sübutlar toplayacaq və onları hökumət komitəsinə təqdim edəcək. Daha sonra gəminin mülkiyyət və ya istifadəsinin sanksiyalar siyahısı ilə əlaqəsi olub-olmadığına qərar verəcək.

Əlaqələr təsdiqlənərsə, "Şeherazada" həbs oluna bilər.

"SuperYachtFan"-ın məlumatına görə, yaxta 700 milyon dollar dəyərində qiymətləndirilir.

Sultan Laçın

NUH informasiya agentliyi səhifəsindən çap edilib