Dərc edilib: 17-03-2022

https://www.nuh.az/31468-.html

Ramiz Mehdiyev şəxsi əşyalarını götürmək üçün AMEA-ya...

17.03.2022 12:28:44

LIVE

Bir müddət əvvəl istefa ərizəsi yazan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin AMEA-ya gəlmə səbəbi məlum olub. 
 
AMEA-nın Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva bildirib ki, o, akademiyanın həqiqi üzvüdür:
 
“Onun oraya gəlməsində qəribə bir hal yoxdur. Məndə olan məlumata görə, Ramiz müəllim ötən gün şəxsi əşyalarını götürmək üçün AMEA-ya gəlib”.
 
Qeyd edək ki, ötən gün R.Mehdiyevin AMEA-ya gəldiyi və iclas keçirdiyi barədə məlumat yayılmışdı.
 
Xatırladaq ki, fevralın 19-da AMEA-nın ümumi yığıncağında onun istefa ərizəsi qəbul edilib.
AMEA-nı tərk edən Ramiz Mehdiyev isə jurnalistlərin suallarını cavablandırmayıb və xidməti avtomobilə minərək oradan uzaqlaşıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib