Dərc edilib: 17-03-2022

https://www.nuh.az/31470-.html

Özbəkistan qərarını verdi - Ukraynanın yanındayıq...

17.03.2022 17:03:01

Dünya

Özbəkistan “LNR” və “DNR” adlanan qurumların müstəqilliyini tanımır.

Bizimxeber.az bildirir ki, bunu Senatın plenar iclasında çıxış edən xarici işlər naziri Əbdüləziz Kamilov deyib .

"Ukrayna ətrafında yaranmış vəziyyət Özbəkistanda ciddi narahatlıq doğurur. Ölkəmiz vəziyyətin sülh yolu ilə həllinə və münaqişənin siyasi-diplomatik vasitələrlə həllinə sadiqdir. Bunun üçün ilk növbədə hərbi əməliyyatlara və zorakılığa dərhal son qoyulmalıdır, " dedi.

Nazir qeyd edib ki, Özbəkistanın həm Ukrayna, həm də Rusiya ilə tarixən ənənəvi yaxşı və çoxşaxəli münasibətləri olub :"Biz hər iki ölkə ilə milli maraqlarımız əsasında qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyik. Rusiya bizim aparıcı ticarət tərəfdaşımızdır, onunla strateji tərəfdaşlığımız və müttəfiqlik münasibətlərimiz var. Digər tərəfdən, Ukrayna ilə bir çox sahələrdə əməkdaşlıq edirik" dedi.

Kamilov əlavə edib ki, Özbəkistan bu çətin zamanda Ukraynaya humanitar yardım göstərib və gələcəkdə də göstərəcək: "Öz növbəsində Özbəkistan Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıyır. Biz Donetsk və Luqansk "xalq respublikalarını" tanımırıq" , - o vurğulayıb

NUH informasiya agentliyi səhifəsindən çap edilib