Dərc edilib: 25-03-2022

https://www.nuh.az/31524-.html

Vera Brejneva Rusiyadan qaçdı....

25.03.2022 16:18:51

Günün sitatı

Uzun müddət Moskvada yaşayıb-yaradan ukraynalı müğənni Vera Brejneva Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkəni tərk etmək qərarına gəlib. 
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, o, uşaqlarıyla birlikdə İtaliyaya gedib və indi orada könüllülüklə məşğul olur.
"Mən artıq bir aya yaxındır olduğum İtaliyada humanitar yardım məntəqəsində könüllülüklə məşğulam. Bütün Avropada məntəqələr/mərkəzlər var. Biz hamımız bir iş görürük. Hər cür yardım etməyə hazır olan, kömək edən, dua edən hər kəsi qucaqlayıram. Sevgi dediyin budur”, - Brejneva yazıb.
Qeyd edək ki, Vera Brejneva dəfələrlə vətəni Ukraynada Putin rejimini və müharibəni pisləyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib