Dərc edilib: 27-03-2022

https://www.nuh.az/31529-.html

Fərrux Azərbaycandır! - Nəzarət artıq ordumuzdadır!

27.03.2022 19:00:51

İqtisadiyyat

Fevralın sonlarına yaxın Azərbaycan cəmiyyətinin də diqqəti Rusiya-Ukrayna müharibəsinə yönəlmişdisə, indi nəzərləri tədricən tamam fərqli istiqamətə kökləmişik. Söhbət təbii ki, Azərbaycanın Vətən müharibəsində Ermənistan üzərində qazandığı qələbənin davamında gəlməli olan proseslərdən gedir.


"Qafqazinfo" xəbər verir ki, qalib ölkə Azərbaycanın da iştirakı ilə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın bəndləri birmənalı olaraq yerinə yetirilməlidir.

Burada əsas məqam təbii ki, bəyanatın 4-cü bəndinə yönəlir. Bəyanatda da qeyd olunduğu kimi, müharibədən sonra Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazilərindən çıxarılmalı idi. Lakin bu missiyanı öz üzərinə götürən Rusiya tərəfi hələ ki, bununla bağlı hər hansı bir ciddi addım atmayıb, ya da atmaq istəməyib. Sözsüz ki, Rusiya tərəfinin laqeyd münasibəti qıcıq yaradır.

İndi 3-5 ölkəni çıxmaq şərtilə, bütün dünyanı özünə düşmən qazanan, ciddi sankiyalarla az qala kainatdan təcrid olunan Rusiya, üzərinə götürdüyü öhdəliyi nəyə görə yerinə yetirməməsi böyük sual doğurur. Bundan başqa, Rusiyanın atdığı bəzi addımlar səbir kasamızı da daşırır.

Haqsız da sayılmarıq. Rusiya Azərbaycan-Ermənistan arasında sülhməramlı missiyasını öz üzərinə götürmüş ölkədir. Amma Rusiya tərəfinin davamlı olaraq erməniyönlü siyasət aparmasının, mürəkkəbi belə qurumayan müttəfiqlik bəyanatına zidd addım atmasının, açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsini işlətməsinin, Fərrux dağını və eyniadlı kəndi “Furrux” kimi təqdim etməsinin başqa açıqlaması da ola bilməz. Məgər Azərbaycan tərəfi Rusiyanın ərazi bötüvlüyünə bu cürmü yanaşır?

Dünən Müdafiə Nazirliyimiz Rusiya MN-ə layiqli cavabı verdi. Bu cavabı “İskəndər-M” raketinin havada olarkən paramparça edilməsinə bərabər bir cavab idi: “Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur”.

Vəsallam!

İndi isə diqqət mərkəzə!

Aldığımız məlumat ondan ibarətdir ki, gözlənilən artıq baş verib. Bir neçə gündür müzakirələrə səbəb olan, hamının barəsində danışdığı, böyük strateji əhəmiyyət kəsb edən Fərrux kəndi bizdədir, Fərrux da Azərbaycandır! 


Bu, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində baş verib. Ölkə Prezidentinin də dediyi kimi, o, nəyi, nə vaxt və necə etməyi çox yaxşı bilir. Bu cümlə əslində cəmiyyətimiz üçün subliminal mesajdır, “səbrli olun, hər şey daha gözəl olacaq” anlamına gəlir.
Qısa olaraq bildirək ki, təxminən 50 evdən ibarət bir kənddir. Kolanı dərəsinin sol tərəfində, Fərrux dağının dibində yerləşir. Kəndin bizdə olmasıyla Ağdamın Cinli və bir neçə kəndinin təhlükəsizliyi tam təmin edilib.

Fərrux dağı isə Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Xocalı bizim üçün mənəvi cəhətdən nə qədər əhəmiyyətlidirsə, Fərrux dağı da hərbi baxımdan bir o qədər əhəmiyyətlidir. 

Birinci Qarabağ müharibəsində Fərrux dağı uğrunda çox döyüşlər gedib. Bir neçə dəfə əl dəyişdirən strateji yüksəklik uğrunda çox şəhid vermişik. Ağdamın işğalı da məhz Fərrux dağı və onun qarşısındakı Yeddi Xırman yüksəkliyinin işğal edilməsi ilə başlamışdı.

 

Qarabağda, Ağdam-Əsgəran istiqamətində yerləşən Fərrux dağı silsilə yüksəkliklərdən ibarətdir. Bu dağ silsilələri düz Ballı Qayaya, oradansa Vəngə qədər gedib çıxır. Bu dağın ermənilərin nəzarətdə olması Ağdam üçün çox ciddi təhlükə demək idi. Belə ki, sözügedən yüksəklikdən Kolanlı dərəsindəki bütün kəndlər və Ağdam şəhərinin özü tamamilə erməni silahlılarının nəzarəti altında qalırdı.

Düşmən bunu kameralar vasitəsi ilə rahatlıqla edə bilirdi. Dağın Azərbaycan ordusunun nəzarətinə keçməsiylə bu təhlükə də aradan qaldırılmış oldu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib