Dərc edilib: 28-03-2022

https://www.nuh.az/31531-.html

Ayaz Mütəllibov vəfat etdi

28.03.2022 09:00:27

Hadisə

Keçmiş prezident Ayaz Mütəllibov dünyasını dəyişib. 


Ayaz Mütəllibov 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra 1992-ci il martın 6-da istefa verib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib