Dərc edilib: 31-03-2022

https://www.nuh.az/31551-.html

Azərbaycanda məktəb çökdü, ölənlər var - Fotolar

31.03.2022 15:30:49

Hadisə

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.


NUH.az    APA-ya istinadən xəbər verir ki, hadisə məktəbdə inşaat işləri aparılan zaman baş verib. 

 

Hadisə nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.

Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib.

Yaralı şəxs reanimasiyaya yerləşdirilib.

Qeyd edilib ki, ölənlər məktəbin inşaat işində çalışanlar olub.

***

Təhsil Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb:

“Məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.

Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər. Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib