Dərc edilib: 01-04-2022

https://www.nuh.az/31558-.html

Bolqarıstanda koronavirus rejimi TAM ləğv etdi

01.04.2022 12:55:46

LIVE

Bolqarıstanda koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən fövqəladə epidemioloji vəziyyət rejimi aprelin 1-dən ləğv edilib. 


“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu gündən etibarən Bolqarıstanda epidemiya əleyhinə tədbirlərə əməl olunmasına nəzarət dayandırılır, qapalı ictimai yerlərdə məcburi şəkildə qoruyucu maskalardan istifadə olunması barədə qayda, sosial məsafənin qorunması, kütləvi tədbirlərə daxil olmaq üçün icazə verilən insan sayı ilə bağlı qaydalar, ali məktəblərdə tələbələr üçün nəzərdə tutulan məhdudiyyətlər və s. ləğv olunub.

Qeyd edək ki, Bolqarıstanda hazırda təqribən 180 min aktiv koronavirus xəstəsi var. Son sutka ərzində isə ölkədə 1143 yeni yoluxma halı qeydə alınıb, 17 nəfər dünyasını dəyişib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib