Dərc edilib: 01-04-2022

https://www.nuh.az/31560-.html

Prezident əhalini iki illik ƏRZAQ ehtiyatı toplamağa çağırdı-ŞOK

01.04.2022 14:22:50

LIVE

Tacikistan Prezidenti Emoməli Rəhmon ölkə əhalisini iki illik ərzaq ehtiyatı toplamağa çağırıb. 


“Qafqazinfo” “Sputnik Tacikistan”a istinadən xəbər verir ki, E.Rəhmon bu barədə Ramazan ayının başlaması münasibətilə xalqa müraciətində danışıb.

Onun sözlərinə görə, dünyada yaranmış vəziyyət bütün ölkələrdə iqtisadi və sosial sferalara ciddi şəkildə təsir edir.

Rəhmon vurğulayıb ki, bugünkü şəraitdə həmrəy olmaq və panikaya düşməmək lazımdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib