Dərc edilib: 09-04-2022

https://www.nuh.az/31605-.html

Klinton: “Bunu Yeltsinə, sonra isə varisi Putinə açıq şəkildə dedim...”

09.04.2022 19:50:30

Müsahibə

ABŞ hakimiyyəti Boris Yeltsin və Vladimir Putinə Rusiyanın NATO-ya daxil olması imkanını təklif etdi.  

Qaynarinfo RBK-ya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Bill Klinton "The Atlantic”də gedən köşə yazısında bildirib.
O qeyd edib ki, 1990-cı illərdə NATO ilə Moskva arasında münasibətlər inkişaf edib.
"Bütün bu müddət ərzində biz NATO-nun qapılarını Rusiyanın girişi üçün açıq saxladıq, bunu mən Yeltsinə, sonra isə onun varisi Vladimir Putinə açıq şəkildə bildirdim", - Klinton bildirib.
Bundan bir qədər əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Şimali Atlantika Alyansı ilə münasibətlərində "romantik dövr” olduğunu, lakin onun geridə qaldığını, NATO blokunun isə əvvəlcə qarşıdurma üçün yaradıldığını və belə də qaldığını bildirib. 
Bu arada Rusiya prezidenti Vladimir Putin Şimali Atlantika Alyansının şərqə doğru genişlənməyəcəyinə söz verən Qərb dövlətləri tərəfindən Moskvanın "aldadıldığını, həm də həyasızcasına aldadıldığını" deyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib