Dərc edilib: 16-04-2022

https://www.nuh.az/31641-.html

“Azərbaycan Ordusu Ağdərə istiqamətində irəliləyir”

16.04.2022 11:28:17

LIVE

Azərbaycan ordusu Ağdərə istiqamətində irəliləməyə davam edir. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi bülletenində yer alıb. 

Məlumata görə, Tərtər rayonunun Yarımca kəndi ərazisində Azərbaycan ordusunun irəliləməsi qeydə alınıb. 

Həmçinin oxuyun: Azərbaycan Ordusu Ağdərə yüksəklikləri istiqamətində irəliləyib - Video

Xatırladaq ki, daha əvvəl yayılan məlumatlarda da ordumuzun Ağdərə yüksəklikləri istiqamətində irəlilədiyi qeyd edilirdi. Məlumata əsasən, ötən ilin aprelindən indiyədək təkcə Ağdərəyə gedən yolda bir güllə belə atılmadan qanunsuz silahlı dəstələrin təxminən 13 postu boşaldılıb.

Qeyd edək ki, Yarımca kəndi əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid olub, rayonun ləğv edilməsindən sonra Tərtər rayonuna birləşdirilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib