Dərc edilib: 19-04-2022

https://www.nuh.az/31655-.html

Qırğızıstan Prezidenti Bakıya gəldi - Foto

19.04.2022 21:49:16

Siyasət

Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 19-da Azərbaycana rəsmi səfərə gəlib. 


“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Prezidenti Sadır Japarovu və xanımı Ayqul Japarovanı hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib