Dərc edilib: 20-04-2022

https://www.nuh.az/31663-.html

Bakıda 15 yaşlı məktəbli anasını küçədə qətlə yetirdi

20.04.2022 22:17:01

Hadisə

Bakıda küçədə qadın qətlə yetirilib. 


“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün saat 12 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsində qeydə alınıb.

35-40 yaşlı qadın küçədə öldürülüb. İlkin məlumata görə, onu oğlu bıçaqlayaraq qaçıb. 

Baş Prokurorluğun Mətbuat Xidməti faktı saytımıza təsdiqləyib.

***

Qətlə yetirilən qadının Sevinc Məhərrəmova olması müəyyən edilib. Onu qətlə yetirən oğlu, 2007-ci il təvəllüdlü Aydın (şərti) isə tutularaq istintaqa təhvil verilib.

***

Nizami rayon Prokurorluğu bu gün törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir: 

"Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Sevinc Məhərrəmovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Nizam Rza

Həmçinin oxuyun: “Vinter Park”da işçilər əmək müqaviləsiz işlədilib

NUH informasiya agentliyi səhifəsindən çap edilib