Dərc edilib: 22-04-2022

https://www.nuh.az/31673-.html

“Bakcell”dən Şuşada növbəti yenilik

22.04.2022 15:22:44

LIVE

Bakcell bu gün Şuşada daha bir layihəni reallaşdırdığı barədə məlumat yayıb.

 

 Qarabağa qayıdış prosesi çərçivəsində burada şəbəkəsini genişləndirdiyini bildirən şirkət bu dəfə Şuşada Wi-Fi şəbəkəsi qurub. Bakcell  abunəçiləri Şuşanın Cıdır düzü, Qarabağ hoteli və Şuşa TV stansiyası ərazilərində təqdim olunan pulsuz Wi-Fi xidmətindən istifadə edəcəklər. 

Bakcell şəbəkəsi 2021-ci ildə növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" mükafatına layiq görülüb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib