“Kreditlər 5-6 faizlə verilməlidir”- deputat Tahir Kərimli
“Azərbaycanda banklar əhaliyə 20 faizdən yuxarı şərtlərlə kredit verirlər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli bildirib.
O vurğulayıb ki, bankların verdiyi kreditlərin faizləri 5-6 faiz civarında olmalıdır: “İnsanlar qazandıqlarının hamısını borca verir”.
Tahri Kərimli qeyd edib ki, bank borcları, faizlər bu gün insanlar üçün əsas problemdir. O, eyni zamanda bank faizlərinə görə cərimələrin silinməsini də təklif edib.