Dərc edilib: 28-04-2022

https://www.nuh.az/31699-.html

"Rusiyalıları ağır günlər gözləyir, biz yeni dövrə qədəm qoyuruq..."

28.04.2022 08:15:01

LIVE

"Ukraynaya qarşı hərbi təcavüz nəticəsində Rusiya dünyada birinci yerə yüksəlib...sanksiyaların həcminə görə"
 
 
Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin xəbərdarlıq edib ki, Rusiya iqtisadiyyatını böhran gözləyir və yaxın ilyarım- iki ildə ölkə "çox ağır vəziyyətdə" yaşamalı olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Qanunvericilər Şurasının iclasında çıxış edərkən bəyan edib.
 
"Bu gün iqtisadiyyatımız çətin dövrünü yaşayır. Bu ilin yekunlarına görə, hələlik İqtisadi İnkişaf Nazirliyinin ilkin proqnozlarına əsasən, iqtisadiyyat 8, 8 faiz, daha pis ssenari üzrə 12, 4 faiz aşağı düşəcək.
 
2022- ci ildə inflyasiya20, 7 faiz təşkil edəcək.
 
Kudrinin fikrinə görə, qeyri- müəyyən vəziyyətlər lap çoxdur, cari böhran 2009- cu ildən bəri ən böyükdür.
Ona görə də dövlət üçün  hazırda ən vacib olan öz qüvvə və ehtiyatlarını dəyərləndirmək, sosial siyasət sahəsində vəzifələri müəyyənləşdirmək və bu ehtiyatlardan necə istifadə etməkdir.
 
"Bu gün biz hiss etməliyik ki, yeni dövrə qədəm qoymuşuq", - məmur vurğulayıb.
 
Ukraynada hərbi əməliyyatlar başlanandan sonra Rusiya ona qarşı tətbiq edilən sanksiyalara görə dünyada birinci yerə çıxıb.
 
Rusiyaya qarşı 5, 5 min məhdudlaşdırıcı tədbirlər görülüb.
 
İkinci yerdə İran (3, 6 min), üçüncü yerdə isə Suriya (2, 6 min) qərarlaşıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib