Dərc edilib: 01-05-2022

https://www.nuh.az/31712-.html

Vəkil Sevil Hacıyevanın atası su arxının üstündə tualet tikib…

01.05.2022 13:38:08

Cəmiyyət

Iti  işgəncə ilə öldürən 86 yaşlı Balasoltan  indi də insanları  zəhərləyir...

 

Xaçmaz rayonunun Gödəkli kəndində iti asaraq işgəncə ilə öldürən 86 yaşlı Balasoltan Daşdəmirovun dələduzluqda ittiham olunan vəkil Sevil Hacıyevanın atası olması barədə NUH.az saytı olaraq bir müddət əvvəl yazmışdıq.

Qısa məlumat üçün qeyd edək ki, vəkil Sevil Hacıyeva ictimiayyətə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğulları Rahib və Emin Hüseynov qardaşlarının məhkəmə işlərindən tanışdır. Məhkəmə ərəfəsində Rahib Hüseynovun vəkili Sevil Hacıyeva idi. Sevil Hacıyeva onu aldadaraq Rahib Hüseynova məxsus əmlakı ələ keçirmişdi.

Rahib Hüseynovun atası bildirir ki, Sevil Hacıyeva onların əmlaklarını mənimsəyib. Şikayətlərdən sonra Sevil Hacıyeva Vəkillər Kollegiyasından qovulub.

Sevil Hacıyevanın iti amansızcasına öldürən atası Balasoltan Daşdəmirov isə 500 manat məbləğində cərimə ilə canını qurtara bilib.

Sevil Hacıyevanın 86 yaşlı qalmaqallı atası barədə redaksiyamıza yeni məlumat daxil olub. NUH.az-a daxil olan məlumatdan bəlli olur ki, 86 yaşlı Balasoltan Daşdəmirov birinci əməlindən utanıb-qızarmadan, indi də ən iyrənc əmələ yol verib.


Belə ki, 86 yaşlı Balasoltan Daşdəmirov su arxının üzərində ayaqyolu-tualet tikərək nəcisi arx ilə bostana, bağa-bağçaya axıdır. Və beləcə yetişdirdiyi məhsullarla insanları zəhərləyir. Bütün bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən rəsmi qaydada akt tərtib edilərək sənədləşdirilib. İti vəhşicəsinə öldürən 86 yaşlı Balasoltan canını 500 manat cərimə ilə qurtara bildi. Görək, insanları ən iyrənc yolla zəhərləyən 86 yaşlı Balasoltan bu dəfə canını necə qurtaracaq..?

Bizi izləyin. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib