Dərc edilib: 02-05-2022

https://www.nuh.az/31716-.html

4,5 milyon ton taxıl Ukrayna limanlarında qalıb

02.05.2022 10:53:31

İqtisadiyyat

4,5 milyon ton taxılın yüklü olduğu gəmilər Ukrayna limanlarında gözləyir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının Almaniya direktoru Martin Frik bildirib.

"Hazırda dünyanın anbarda saxlanılan taxıllara ehtiyacı var", - o əlavə edib.

Qeyd olunub ki, ixracın bərpası üçün həm insanlara, həm də limanlara çıxış təmin edilməlidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib