Dərc edilib: 19-06-2022

https://www.nuh.az/31786-.html

Qətlə yetirilən Orxan Qarabağ qazisidir - Fotolar

19.06.2022 12:01:41

Hadisə

İyunun 15-də Şabranda qətlə yetirilən Orxan Əliyevin Vətən müharibəsi qazisi olduğu müəyyənləşib. 


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tərəfindən bıçaqlanaraq qətlə yetirilən 1997-ci il təvəllüdlü Orxan Əliyev nişanlı olub.

Mərhum Vətən müharibəsində iştirakına görə, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, hadisəni törədən Teymur Cəfərzadə şübhəli şəxs qismində tutulub. İstintaq tədbirləri davam etdirilir.

Emin Səfərov

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib