Dərc edilib: 30-06-2022

https://www.nuh.az/31816-.html

Ərdoğanın ABŞ Prezidenti ilə görüşü başa çatıb

30.06.2022 10:37:23

İqtisadiyyat

Türkiyə Prezidenti Rəcəb Tayyib  Ərdoğan ilə ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb. 


“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş NATO Liderlər Zirvəsi çərçivəsində baş tutub.

Prezident Ərdoğan, “NATO-nun güclənməsi üçün atılacaq addımlar Rusiya-Ukrayna prosesinə xüsusi töhfə verəcək” deyib.

Ərdoğan Baydenlə görüşündə taxıl dəhlizi ilə bağlı da müzkirə aparıb:

“Prosesi balans siyasəti ilə həll etməyə çalışırıq. Ümid edirik ki, bu siyasətlə nəticə əldə edəcəyik”.

***

Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Baydenin Madriddə, NATO Liderlər Zirvəsi çərçivəsində keçirilən görüşü başa çatıb.

Görüş 1 saat 5 dəqiqə davam edib.  

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib