Dərc edilib: 29-07-2022

https://www.nuh.az/31847-.html

Gürcüstanda matəm elan olundu

29.07.2022 23:45:28

LIVE

İyulun 29-da Qudauridə sərhəd polisi helikopterinin qəzaya uğraması nəticəsində səkkiz nəfərin faciəli şəkildə həlak olması ilə əlaqədar iyulun 30-da Gürcüstanda matəm elan olunub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.

Qərara əsasən, iyulun 30-da ölkə ərazisində dövlət bayraqları endiriləcək.

Hökumət başçısı həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Həlak olanların ailələrinə müvafiq köməklik göstəriləcəyi bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib