Dərc edilib: 30-07-2022

https://www.nuh.az/31850-.html

Şaurma, hamburger və s. qidaların tərkibinə it və eşşək əti qatılır

30.07.2022 01:51:33

LIVE

Qahirə Universitetinin kənd təsərrüfatı fakültəsində aparılan bir araşdırmanın nəticələri misirlilər arasında geniş müzakirələrə və şoka səbəb olub. 
 
Moderator.az-ın xarici İslam saytlarına istinadla yaydığı xəbərdə deyilir ki, vətəndaşların Misirdə gündəlik istehlak etdikləri hamburger, şaurma, hot-doq və səhər yeməyi əti kimi istifadə olunan bəzi dondurulmuş ət məhsullarının tərkibinə donuz, it və eşşək əti qatıldığı aşkar edilib. 
Qahirə Universitetinin kənd təsərrüfatı fakültəsindən bir qrup tədqiqatçı 2021-ci ilin fevralından dekabr ayına qədər bazarda ətin saxtalaşdırılmasının qiymətləndirilməsi ilə bağlı hesabat-məqalə dərc edib. 
 
Fakültənin rəsmi mənbəsi Misir mediasına açıqlamasında məlumatı təsdiqləyib. 
 
Bəlli olub ki, tədqiqatçılar müxtəlif yerlərdən ət nümunələri toplayıb və saxta materialları aşkar etmək üçün onları  analiz ediblər. Bir sıra ət məhsullarının donuz, it, eşşək əti ilə qarışdırıldığını bildirən mənbə, ən çox saxtalaşdırılan məhsulların hamburger, şaurma, hot-doq və səhər yeməyi əti olduğunu vurğulayıb.
 
Rəsmi mənbə izah edib ki, yerli və xaricdən gətirilən 60 ət nümunəsi Misirdəki müxtəlif supermarketlərdən, yerli bazarlardan, küçə satıcılarından və gecəqondulardan toplanıb…

NUH informasiya agentliyi səhifəsindən çap edilib