Saakaşvili siyasətdən gedir
“Mixail Saakaşvili siyasətdən gedir və özünün yaratdığı “Vahid Milli Hərəkat” partiyasını tərk edir”.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Valeri Qelbaxiani bildirib:
“Siyasətdən getməsinin əsas səbəbi onun həyatını qorumaq və xilas etməkdir. İndi söhbət onun həyatından gedir, siyasətdən yox”.
Qeyd edək ki, Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında müalicə olunur. Gürcüstanın sabiq prezidenti 2021-ci il oktyabrın 1-də ona qiyabi olaraq verilən iki hökm əsasında saxlanılıb. O, altı il həbs cəzası alıb. Daha 3 iş isə məhkəmə icraatındadır.