Dərc edilib: 31-07-2022

https://www.nuh.az/31860-.html

"Ruslara nifrət edirəm!" - Diplomatik qalmaqal

31.07.2022 10:57:05

LIVE

Diplomatik qalmaqal artıq Rusiya Xarici İşlər Nazirliyinə gedib çatıb. 


NUH.az   publika.az-a istinadən xəbər verir ki, Norveçin Rusiyadakı konsulu Elisabet Ellinqsen Murmanskdakı otellərindən birində gözlənilmədən qalmaqal yaradıb.

Diplomat etiraz çıxışını ruslara nifrət bəslədiyini açıq söləməklə yekunlaşdırıb.

Mənbənin yazdığına görə, hər şey otelin əməkdaşının nomrədə səliqə-sahman yaradılana qədər xanım Ellinqsendən gözləməyi xahiş etməsindən sonra başlayıb. Bu gözləmə proseduru diplomatın heç xoşuna gəlməyib və o, buna etirazını bütün rus xalqının ünvanına yönəltməklə biruzə verib. Norveç konsulunun bu çıxışı Rusiya Xarici İşlər Nazirliyinə çatdırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib