Dərc edilib: 31-07-2022

https://www.nuh.az/31869-.html

Kərəm Həsənov üçün SON DAYANACAQ... - İLGİNC İDDİA

31.07.2022 16:57:52

LIVE

2019-cu ilin sonlarına yaxın İqtisadiyyat Nazirliyinə birləşdirilən Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş sədri Kərəm Həsənovun fəaliyyəti araşdırılır. 


2019-cu ilin noyabrında Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilən Kərəm Həsənovun bununla "toxunulmazlıq” əldə etdiyi güman edilirdi. Lakin etibarlı qaynaqlardan əldə etdiyimiz bilgilərə görə, son dönəmlərdə bir sıra saxta sənədlərə imza atdığı ortaya çıxıb. Bu səbəbdən də ölkə rəhbərliyinin göstərişi ilə K.Həsənovun fəaliyyəti ilə bağlı ciddi yoxlamalara başlanıldığı bildirilir.

Mənbənin sözlərinə görə, qeyd olunan faktlar aşkara çıxarsa, K.Həsənov Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsi ilə yanaşı, azadlığını da itirə bilər./Hurriyyet.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib