Dərc edilib: 01-08-2022

https://www.nuh.az/31876-.html

Rusiyada Ukraynada öldürülmüş işğalçı hərbçilərin məzarları təhqir edildi

01.08.2022 08:35:12

LIVE

Rusiyanın Zabaykalye diyarında Ukraynadakı işğalçı müharibədə məhv edilmiş Rusiya hərbçilərinin məzarlarının təhqir olunması ilə bağlı cinayət işi açılıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə Zabaykalye ərazisi üzrə istintaq komitəsinə istinadla yerli “Zabaykalski raboçiy” nəşri məlumat yayıb.
Komitənin məlumatına görə, iyulun 29-da sosial şəbəkələrdə Zabaykalye diyarının Borza şəhərində Ukrayna müharibəsində iştirak etmiş hərbçilərin məzarlarının zədələnməsi barədə məlumat yayılıb. Faktla bağlı “hərbi məzarların dağıdılması və ya zədələnməsi” maddəsi ilə cinayət işi açılıb.
 
Zədələnmiş məzarların şəkillərini telegram-kanalda “7x7 – Horizontal Rusiya” nəşri dərc edib. Fotolardan bəlli olur ki, naməlum şəxslə məzarların hasarından bəzi elementləri qoparıb, çələngləri dağıdıb, qəbirlərin özləri isə boyaya bulaşdırılıb.
 
İyulun 31-də istintaq komitəsi hadisədə 15-17 yaş arası beş yeniyetmənin iştirakını müəyyən etdiklərini bildirib. Müstəntiqlər yeniyetmələri dindirib, onların ifadələri hadisə yerində yoxlanılıb.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib