Dərc edilib: 05-08-2022

https://www.nuh.az/31914-.html

ELDAR BAXIŞ HAQQINDA KİTAB

05.08.2022 18:27:40

Cəmiyyət

Vaxtsız dünyadan köçmüş görkəmli şair Eldar Baxış haqqında yazıçı Azad Qaradərəlinin “Vətən şairi” adlı kitabı çapdan çıxıb.
  Kitabda A.Qaradərəlinin dostu haqqında zaman-zaman yazdığı esselər, xatirə yazıları, “E.Baxışa məktub”, habelə ilk dəfə çap olunan geniş həcmli “Qarsiya Lorka və Eldar Baxış”, “Sabir Əhmədli və Eldar Baxış”, “Vətən şairi" məqalələri yer alıb.
Kitabda yazıçının öz arxivindən götürüb nəşr etdiyi bir sıra yazılar da maraq doğuracaq.
Eyni zamanda A.Qaradərəlinin dostuna həsr etdiyi bədii yazılardan parçalar da kitabda yer alıb. (İlk növbədə oxuculara yaxşı tanış olan “Yuxarıda kim var?” uzun hekayəsini və başqa yazıları qeyd etmək olar.)
Yaxın vaxtlarda “Vətən şairi kitabının təqdimatı olacaq ki, bu barədə oxuculara əlavə məlumat veriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib