Dərc edilib: 05-08-2022

https://www.nuh.az/31916-.html

İlham Əliyev gərginliyə görə Ermənistanın məsuliyyət daşıdığını bildirdi

05.08.2022 23:25:17

Siyasət

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı qeyd edib ki, Ermənistan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində növbəti dəfə hərbi təxribat törədib və nəticədə hərbi qulluqçumuz həlak olub.


NUH.az-ın   məlumatına görə, Silahlı Qüvvələrimiz tərəfindən zəruri tədbirlər görülməklə bu təxribatın qarşısının alındığını vurğulayan dövlət başçısı baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib